Konfrans Liqasının (KL) finalı Yunanıstanda keçirilməyə bilər. Bunun üçün ciddi əsas var.
Bu barədə NS-INFO məlumat yayıb. Bilindiyi kimi, turnirin həlledici oyununun Afinada keçirilməsi planlaşdırılır. Lakin yerli hüquq-mühafizə orqanları Yunanıstanda qeyri-sabit ictimai və siyasi vəziyyətə görə azarkeşlərin təhlükəsizliyinə təminat verməkdə çətinlik çəkir. Bu səbəbdən Avropanın səviyyəsinə görə “3-cü dərəcəli” klub turnirinin finalının təşkilatçlıq hüququnun Budapeştə verilmək ehtimalı var. Mayın 29-na təyin olunan matç Macarıstanın paytaxtındakı “Puşkaş Arena”da keçirilə bilər.
Yeri gəlmişkən, KL-in finalının Yunanıstandan alınması “Olimpiakos”lular üçün çox üzücü qərar olacaq. Ona görə ki, finalda bu komanda ilə “Fiorentina” qarşılaşacaq.