Bildiyiniz kimi, “4-lər finalı”nın oyunları mayın 19-21-i aralığında Kaunasda keçiriləcək. Yarımfinalda “Olimpiakos” “Monako”, “Real” “Barselona” ilə qarşılaşacaq.
"Football-plus.az" xəbər verir ki, “4-lər finalı”nı izləmək üçün Kaunasa yollanacaq “Olimpiakos” azarkeşlərinin sayı 5 minə qədər artırıla bilər.
Əslində Litvaya yalnız 4 min yunan azarkeşin təşrif buyurması gözlənilirdi. Ancaq “Real” və “Monako” onlara çatası biletlərin bir hissəsini qaytardığından yunanların sayı önəmli şəkildə arta bilər.
Yalnız “Barselona” bu klub üçün ayrılan bütün biletləri götürüb. “Olimpiakos” azarkeşlərinin əksəriyyəti Kaunasda otel çatışmazlığı üzündən Litvanın paytaxtı Vilnüsdə məskən salıb.