Noyer həyat yoldaşına xəyanət edib

28.11.2026 12:31
Dünya futbolu
Bir neçə gün əvvəl Manuel Noyerin həyat yoldaşından ayrıldığı məlum olub. “Bavariya”nın qapıçısının Anika Bissell ilə münasibətlərinə son qoyduğu dəqiqdi.

"Football-plus.az" xəbər verir ki, 40 yaşlı futbolçu ilə 26 yaşlı həndbolçu oktyabrın əvvəlində ayrılıblar. “Bild” nəşri bu məlumatı hadisədən bir neçə həftə sonra təsdiqləyib.

Cütlüyün evlilik həyatı 3 ilə yaxın davam edib. Onlar 2020-ci ildən birlikdə olublar. Manuel və Anika 2023-cü ilin noyabrında Tegernze gölü yaxınlığında rəsmi nikaha daxil olmuşdular. 2025-ci ilin iyulunda isə Cənubi Tirolda toy mərasimi keçirmişdilər. Qeyd edək ki, cütlüyün 2024-cü ilin martında ilk övladı dünyaya gəlib. Bu il payızın əvvəlində isə onların daha bir oğlu doğulub. Xatırladaq ki, Noyer daha əvvəl Nina Vaysla ailəli olub.

Cümə axşamı məşhur futbolçunun şəxsi həyatı ilə bağlı növbəti, qalmaqallı xəbər yayılıb. “Bild”in iddiasına görə, Manuel keçmiş həyat yoldaşı Anikaya xəyanət edib və onu ikinci övladının dünyaya gəlməsindən bir neçə gün sonra tərk edib. Məlumata əsasən, Noyer Bisselə bir müddət əvvəl ondan ayrılmaq istədiyini bildirib. Bundan sonra futbolçu yeni sevgilisi olduğu iddia edilən 23 yaşlı fizioterapevtlə birlikdə istirahət etmək üçün İtaliyaya yollanıb. “Bavariya” rəhbərliyi noyabrın əvvəlində zədələnən futbolçuya istirahət etməyə icazə verib. Noyer isə bu fürsətdən istifadə edərək yeni sevgilisi ilə Braziliyaya yollanıb.