• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Çempion yenə uduzdu - A seriyasında ikihakimiyyətlilik qorundu

Dünya futbolu

17-05-2024, 00:0

Braziliyanın bir neçə ştatında baş verən təbii fəlakət ölkə çempionatına mənfi təsirini davam etdirir.

“Football-plus.az” xəbər verir ki, A seriyasının 6-cı turunda nəzərdə tutulan on oyundan üçü daşqın və sel səbəbindən qeyri-müəyyən müddətə təxirə salındı. Əvvəlki turda ikihakimiyyətlilik yaranmışdı. Belə vəziyyət son 7 matçdan sonra da dəyişmədi.

Turun mərkəzi oyunu San Pauluda keçirildi. Mövsümə zəif başlayan son çempion “Palmeyras” əvvəlki turda 3 oyunluq qələbəsiz seriyaya son qoymuşdu. İlk 4 oyunda 5 xal qazanan və yalnız bir qol vura bilən Abel Ferreyranın komandası autsayder “Kuyaba” üzərində qələbə (2:0) ilə 6-cı yerə yüksəlmişdi. “Yaşıllar”ın növbəti rəqibi ötən tur 1-ci yerə yüksələn “Atletiko Paranaense” idi. Bu komandaya martda təyinat alan Kukanın fəaliyyəti diqqəti cəlb edir. Kuritibalılar çempionla sınaqdan da uğurla çıxdılar. Ümumiyyətlə, “Arena Barueri”dəki matç hadisələr baxımından zəngin alındı. “Palmeyras” oyun planında üstün olsa da, bu, ev sahiblərinə bir xal belə qazandırmadı. Əslində hesabı məhz çempion aça bilərdi. Lakin Rafael Veyqa fasilə ərəfəsində penaltini boşa verdi. Bir neçə dəqiqə sonra qonaqlar Pablo ilə hesabda önə keçdilər. Meydan sahibləri ikinci hissənin əvvəlində topu ikinci dəfə öz qapılarında gördülər. Təhlükəni sovuşdurmaq istəyən müdafiəçi Qustavo Qomes atvoqola səbəbkar oldu. San paululuların hücumlarının daha da artması gözlənilən idi. Qonaq komandanın oyunçuları sərt və kobud oyunla hesabı qorumağa çalışırdılar. Bu səbəbdən 67-ci dəqiqədə Eskivel növbəti xəbərdarlığa görə komandasını meydanda on nəfərlə qoydu. Amma “Palmeyras” bundan heç cür yararlana bilmədi. Beləliklə, Ferreyranın komandası yeni mövsümdə 2-ci məğlubiyyətini alaraq 9-cu yerə düşdü. “Atletiko Paranaense” isə xalını 13-ə çatdırmaqla topların daha yaxşı fərqinə əsasən 1-ci yerdə qaldı.

Tura şərikli lider kimi başlayan “Bayya” da qalib gəldi. Rojerio Seninin çalışdırdığı komanda evdə “Braqantino”dan maksimum xalı bir qolla aldı. Qonaqlar oyun planında daha yaxşı təsir bağışlasalar da, salvadorlular yenə rəqibinə nisbətən daha effektli oyun sərgilədilər. Ardıcıl 3-cü qələbə “Bayya”nı 2-ci pillədə qalmasını təmin etdi.

Tura hərəyə 9 xalla 3-5-ci yerləri bölüşməklə başlayan komandalaran heç biri qələbə qazana bilmədi. Daha doğrusu, “Atletiko Mineyro”nun “Qremio” ilə ev oyunu məlum səbəbdən təxirə salındı. “Braqantino”nun “Bayya”ya uduzduğunu qeyd etdik. “Botafoqo” isə səfərdə “Fortaleza” ilə qollu “sülh”ə (1:1) razılaşdı. Rio de janeyrolular 10 xalla 4-cü yerə düşdülər.

Hazırda daha iki komandanın hesabında da 10 xal var. “San Paulu”nun yeni baş məşqçi ilə uğurlu çıxışı davam edir. Bu vəzifəyə apreldə təyinat alan Luis Subeldiyanın komandası evdə “Fluminense”ni 2:1 hesabıyla məğlub etdi. Son 4 oyunda 3-cü qələbə san paululuları 8-ci yerdən 5-ə çıxardı. “Kruzeyro” isə ardıcıl 2-ci qələbə ilə dördpilləlik sıçrama ilə 6-cı yerə yüksəldi.

Nəhayət, “Flamenqo” 3 oyunluq qələbəsizliyə son qoydu. Titenin çalışdırdığı komanda evdə “Korintians”ı 2:0 hesabı ilə məğlub etdi. Rio de janeyrolular bu qələbə ilə 7-ci pillədən 3-ə yüksəldilər. “Fla” yenə şərikli liderlərdən iki xal geri qalır.

6-cı tur
Palmeyras - Atletiko Paranaense 0:2
Pablo, 45+9. Q.Qomes, 59-öz qapısına.
Bayya - Braqantino 1:0
Tasiano, 37.
Fortaleza - Botafoqo RJ 1:1
Poçettino, 10 – Danilo Barboza, 41.
Flamenqo - Korintians 2:0
Pedro, 20. Lorran, 63.
San Paulu - Fluminense 2:1
Bobadilya, 32. Arboleda, 84 – İqor Vinisius, 28-öz qapısına.
Atletiko Qoyaniense – Kruzeyro 0:1
Mateus Pereyra, 81.
Vasku da Qama - Vitoriya 2:1
Maykon, 50. Veqetti, 56 – Yuri Kastilyo, 89.
“Krisiuma” – “Kuyaba”, “Atletiko Mineyro” - “Qremio” və “İnternasyonal” - “Juventude” oyunları təxirə salınıb.

1. Atletiko Paranaense 6 4 1 1 9-3 13
2. Bayya 6 4 1 1 9-6 13
3. Flamenqo 6 3 2 1 7-5 11
4. Botafoqo RJ 6 3 1 2 12-7 10
5. San Paulu 6 3 1 2 10-6 10
6. Kruzeyro 5 3 1 1 8-7 10
7. Atletiko Mineyro 5 2 3 0 9-3 9
8. Braqantino 6 2 3 1 7-6 9
9. Palmeyras 6 2 2 2 3-3 8
10. İnternasyonal 4 2 1 1 4-3 7
11. Fortaleza 5 1 4 0 5-4 7
12. Qremio 4 2 0 2 4-3 6
13. Vasku da Qama 6 2 0 4 6-11 6
14. Krisiuma 3 1 2 0 6-5 5
15. Juventude 4 1 2 1 5-7 5
16. Korintians 6 1 2 3 3-5 5
17. Fluminense 6 1 2 3 8-12 5
18. Vitoriya 5 0 1 4 5-11 1
19. Atletiko Qoyaniense 5 0 1 4 2-8 1
20. Kuyaba 4 0 0 4 0-10 0
Bombardirlər: Danilo Barboza (Botafoqo), Lusiano (San Paulu), Everaldo (Bayya), Varqas (Atletiko Mineyro), Veqetti (Vasku da Qama) - 3.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

9-05-2024, 20:0

A seriyasında ikihakimiyyətlilik

Dünya futbolu

25-04-2024, 19:0

Son çempion: ilk 3 oyuna 4 xal

Dünya futbolu

27-10-2023, 21:0

“Braqantino” intriqanı bir qədər gücləndirdi

Dünya futbolu

14-07-2023, 23:0

Laje “Botafoqo”da qələbə ilə debüt etdi – TURUN ŞƏRHİ

Dünya futbolu

3-08-2023, 20:0

“Botafoqo” fərqi 12 xala çıxardı – TURUN ŞƏRHİ

Dünya futbolu

2-05-2024, 18:0

San Paulu derbisində qolsuz “sülh”

Aktual
“Qarabağ” yoxlama oyunu keçirəcək?
“Dinamo”da kimlər var?
“Sabah” Maludanın mövqeyini onu da gətirdi!
“Sabah” “İberiya”ya vermişdi, amma “Veres”də oynayacaq
PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
“Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
Son xəbərlər
  • Dünən, 23:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 22:50
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 22:10
    “Qarabağ” yoxlama oyunu keçirəcək?
  • Dünən, 21:41
    "İmişli" "Sumqayıt"ı darmadağın etdi
  • Dünən, 21:10
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 20:40
    Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Dünən, 20:00
    Ramilin yeni klubu açıqlandı
  • Dünən, 19:31
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:00
    "Turan Tovuz"dan böyükhesablı qələbə
  • Dünən, 18:26
    Birmingemdən Londona yollandı
  • Dünən, 17:55
    "Sumqayıt" hücumçu transfer etdi
  • Dünən, 17:25
    "Zirə" Konate ilə vidalaşdı
  • Dünən, 16:54
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:23
    "Qarabağ"ın potensial rəqibi məlum oldu
  • Dünən, 15:57
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 15:26
    "Sabah" "Orhus"a uduzsa, "Benfika" ilə qarşılaşa bilər
  • Dünən, 15:00
    Millimizin rəqibləri məlum oldu
  • Dünən, 14:41
    “Dinamo”da kimlər var?
  • Dünən, 14:10
    "Sabah"ın potensial rəqibi bilindi - ÇL
  • Dünən, 13:37
    “Sabah” Maludanın mövqeyini onu da gətirdi!
  • Dünən, 13:16
    "Sabah"ı Avropa Liqasında kimlər gözləyir? - "Benfika", "Beşiktaş", ÇSKA...
  • Dünən, 12:57
    Ölkəmizi Avropa Kubokunda təmsil edəcək cüdoçular - SİYAHI
  • Dünən, 12:35
    Pakistan millisinin kapitanı "Qarabağ"da - RƏSMİ
  • Dünən, 12:10
    Ehtiram Quliyev Bakıda Əziz Yıldırımla görüşdü
  • Dünən, 11:45
    "Qarabağ"ın potensial rəqibləri azaldı
  • Dünən, 11:15
    "Sabah"ın potensial rəqibi bəlli olur
  • Dünən, 10:56
    “Sabah”ı pley-offdan ayıran son maneə - “Orhus”
  • Dünən, 10:30
    AFFA yeni mövsüm üçün hakimləri açıqladı - SİYAHI
  • Dünən, 10:00
    “Sabah” “İberiya”ya vermişdi, amma “Veres”də oynayacaq
  • Dünən, 00:20
    Mahir "Rakuv"da yenə qol vurdu
  • Dünən, 00:09
    PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
  • 2-08-2026, 23:0
    Ramik yeni mövsümə qolla başladı!
  • 2-08-2026, 22:0
    Belçikadan İngiltərəyə üz tutacaq
  • 2-08-2026, 22:0
    Almaniyada klubunu dəyişdi
  • 2-08-2026, 21:0
    ''Fənər''in rəsmisi portuqaliyalı ulduz üçün Milana yollandı!
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 220
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 176
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 162
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 131
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə