“Oyunun emosiyasına qapılmışdım” – “sarı”nı belə izah etdi

16.05.2024 17:00 193
Premyer-liqa / Manşet
“Sumqayıt”ın doğma meydanda “Səbail”lə görüşü yetərincə aqressiv keçdi.

Elə bu üzdən də baş hakim Rəvan Həmzəzadə 6 dəfə əlini cibinə atmalı oldu. Bu vərəqələrdən biri də “Sumqayıt”ın qapıçılar üzrə məşqçisi Anar Niftəliyevə göstərildi. Mütəxəssis hakimin qərarına etiraz etdiyinə görə oyunun 68-ci dəqiqəsində cəzalandırıldı.

Bəs Anar Niftəliyev hakimin hansı qərarından narazı qalmışdı? Sualı özünə ünvanladıq:
“Konkret hansı qərarla bağlı hakimə etiraz etdiyimi xatırlamıram. Sadəcə, oyunun emosiyasına qapılmışdım və etiraz etdiyimə görə cəzalandırıldım”.


KAMAL SƏFƏR