Veteran futbolçu referiyə niyə etiraz etdi?
"Football-plus.az" saytı olaraq, bu sualı Ruhid Usubovla aydınlaşdırdıq:
"Şamaxıya yaxşı nəticə üçün getmişdik. Amma futbolçumuz Tisdel “qırmızı” alandan sonra işimiz çətinləşdi. Deyərdim ki, çox ağır oyunlarımızdan birini keçirdik. Hər saniyədə dəhşətli dərəcədə həyəcanlıydıq. Oyunun sonları lap dramatik keçdi. Təzyiq, stress altındaydıq. Referiyə etiraza gəlincə, baş hakim futbolçularımıza sarı vərəqələr verdi. 90+6-cı dəqiqədə Gülağa Əsədova da rəsmi xəbərdarlıq edəndə emosiyalarımı boğa bilmədim və etiraz etdim. Buna görə də “sarı” aldım. Onsuz da azlıqdaydıq, hakimin də sarı vərəqələr verməsi məni özümdən çıxardı".
ABDULLA İSMAYILOĞLU




