AÇ-2024-ün rəsmi mahnısı seçildi

13.05.2024 17:50 172
Dünya futbolu / AÇ
Bu yay Almaniyada təşkil ediləcək Avropa çempionatının rəsmi mahnısı müəyyənləşib. Mahnının təqdimatı mayın 10-da reallaşıb.

AÇ-2024-ün musiqi yönünü əks etdirəcək mahnı “OneRepublic” (ABŞ), “Meduza” (İtaliya) və “Leony” (Almaniya) qruplarının ifasında səslənib.

Xatırladaq ki, 17-ci qitə çempionatı 14 iyun - 14 iyul aralığında Almaniyanın 10 şəhərində keçiriləcək. Turnirdə 24 komanda iştirak edəcək.