Bu gün AÇ-2024-ün final mərhələsinin püşkatması baş tutub.
"Football-plus.az" xəbər verir ki, Almaniyanın ev sahibliyi edəcək turnirin püşkatması Hamburqda keçirilib.
Püşkatmada 21 milli komanda iştirak edib. Avropa çempionatına yollanacaq son üç komandanın adı isə pley-off görüşlərindən sonra dəqiqləşəcək. Həmin komandalar D, E və F qruplarında yer alacaq.
AÇ-2024
A qrupu: Almaniya, Şotlandiya, Macarıstan, İsveçrə
B qrupu: İspaniya, Xorvatiya, İtaliya, Albaniya
C qrupu: Sloveniya, Danimarka, Serbiya, İngiltərə
D qrupu: Niderland, Avstriya, Fransa (Polşa, Uels, Finlandiya, Estoniya)
E qrupu: Belçika, Slovakiya, Rumıniya (İsrail, Ukrayna, İslandiya və Bosniya və Herseqovina)
F qrupu: Türkiyə, Portuqaliya, Çexiya (Gürcüstan, Yunanıstan, Lüksemburq, Qazaxıstan)
Avropa çempionatı 14 iyun-14 iyulda Almaniyanın 10 şəhərində təşkil ediləcək.