UEFA 2024-cü ildə Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının rəsmi maskotunu təqdim edib.
“Football-plus.az” qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, oyuncaq ayı olan talisman ilk dəfə Gelzenkirxendəki ibtidai məktəblərdən birində təqdim olunub.
Növbəti iki həftə ərzində UEFA-nın saytında yeni maskotun adı ilə bağlı azarkeşlər arasında səsvermə keçiriləcək.
Qeyd edək ki, AÇ-2024 gələn il iyunun 14-dən iyulun 14-dək Almaniyanın 10 şəhərində təşkil olunacaq. Turnirin qrup mərhələsində 24 komanda mübarizə aparacaq.