Almaniya bundesliqası sona çatmaqda olan mövsümün rəmzi komandasını açıqlayıb.
“Football-plus.az” xəbər verir ki, qurumun saytının yaydığı məlumata görə, heyət klub nümayəndələri, ekspertlər və azarkeşlər arasında keçirilən səsvermə yolu ilə müəyyənləşib. Rəmzi komandaya yeni çempion “Bayer-04”ün 6 futbolçusu layiq bilinib: qapıçı - Qreqor Kobel (Borussiya D); müdafiəçilər - Ceremi Frimponq, Conatan Ta, Alexandro Qrimaldo (hamısı “Bayer-04”), Valdemar Anton (Ştutqart); yarımmüdafiəçilər - Camal Musiala (Bavariya), Qranit Caka, Florian Virts (hər ikisi “Bayer-04”); hücumçular: Seru Girassi (Ştutqart), Harri Keyn (Bavariya), Viktor Bonifeys (Bayer-04).