ÇL-də rəmzi komanda müəyyənləşdi

23.12.2023 12:21 190
Dünya futbolu
Çempionlar Liqasının 2023/24 mövsümünün qrup mərhələsinin rəmzi komandası müəyyənləşib.

UEFA-nın rəsmi saytının yaydığı məlumata görə, ən yaxşıların “11-liy”inə aşağıdakı futbolçular düşə bilib:

Qapıçı: Qreqor Kobel (Borussiya D).
Müdafiəçilər: Joao Kanselo (Barselona), Mats Hummels (Borussiya D), Ayen Munyos (Real Sosyedad).
Yarımmüdafiəçilər: Bukayo Saka (Arsenal), Filip Foden (Mançester Siti), Cud Bellingem (Real), Brais Mendes (Real Sosyedad), Venderson Qaleno (Portu).
Hücumçular: Harri Keyn (Bavariya), Qabriel Jezus (Arsenal).