Dünən keçirilən “Kəpəz” - “Turan Tovuz” oyununu yalnız 200 azarkeş izlədi. Halbuki bu qarşılaşmanın nəhəng afişası var idi. Axı meydanda Qərbin iki nəhəngi üz-üzə gəlirdi.
Bəs niyə komandalar dəstəksiz qaldı?
“Turan-Tovuz”la azarkeşləri arasında əlaqələndirici Kamal Saqqayev “Football-plus.az”a bunları dedi:
“Derbi üçün 200 tamaşaçı həqiqətən də azdı. Bütün derbilərdə stadionlarda azarkeşlər möhtəşəm atmosfer nümayiş etdirir. Bu sualı xahiş edirəm ki, AFFA-da əyləşənlərə ünvanlayasız. Nəinki belə idarəçilik, belə hakimlik ilə də çox uzağa gedə bilmərik. Qırmızı vərəqə epizodunda hakimi VAR-a çağırırlar. Hakim gedib baxır və qırmızı vərəqə çıxarır. Eyni epizod bizim futbolçunun başına da gəlir. Hakim heç VAR-a çağrılmır belə. Belə hakimlik, belə idarəçilik, bazar ertəsi derbi olmaz. “Kəpəz”və “Turan Tovuz “ Azərbaycan futbolunun tarixi, Azərbaycan futbolunun rəmzləridi. Mən bilmirəm AFFA-da əyləşənlər nə fikirləşir. Belə futbolmu olar? Bu soyuq hava şəraitində “Turan”sevərlər komandanın yanında oldu. Həmişə də komandamıza dəstək verəcəyik. Amma belə olmaz. Haqqımızın tapdalanmasını istəmirik. Ehtiram müəllim səhvmi elədi, gəldi komandanı himayəsinə götürdü? Nə vaxt AFFA Azərbaycan futboluna baxacaq? Biz uduzmuşuq, eybi yoxdu, futboldu hər şey baş verə bilər. Rəqib komandanı təbrik edirik. Bu komandanın haqqını tapdalamaq olmaz. Sanki biz meydanda 11 yox, 17 nəfərlə mübarizə aparırıq: hakimlər, VAR-da əyləşənlər, meydanda olanlar...”
ƏSƏD SEYİDOV