“Real”dan getmək qərarına gəldi

23.04.2024 16:59 154
Dünya futbolu
Naço gələcəyi ilə bağlı qərar verib.

O, yayda “Real”dan getmək qərarına gəlib. 34 yaşlı müdafiəçi artıq rəhbərliyə öz fikrini çatdırıb. Onun klubla müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq.

Naço paytaxt klubunun yetirməsidi. Karyerasını bütünlüklə “Real”da keçirən futbolçu bu mövsüm bütün turnirlərdə 36 oyunda meydana çıxıb.