Muştuluq-muştuluq: Reza bəy axır ki gəlir!

5.04.2024 11:20 223
Aktual / İdman
"Record club"un iranlı prezidentinin və futzalçılarının oturum izninə görə Azərbaycana gəlməkdə problem yaşadığını xəbər vermişdik.

Bir neçə gün əvvəl klub prezidenti Reza İbrahimi “Footbal-plus.az”a mövzuyla bağlı açıqlamasında bunları demişdi:

“Hələ ki heç bir dəyişiklik yoxdu. O qədər işlərimiz qalıb ki, bilmirik nə edək? Gələn həftəyə bilet alıb, Bakıya gəlirəm. Görək AFFA-da oturumla bağlı nə məktub yazmaq lazımdı”.

Görəsən, iranlı prezident Bakıya gəlibmi? Oturum izni alıbmı?

“Nəhayət, aprelin 5-də Bakıya gəlirəm. 1-ci gün iclasa gedəcəm. Müvəqqəti yaşayış üçün məktubu alacam”.

ƏSƏD SEYİDOV