• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Real” qorxaq oynadı, ancaq hədəfinə çatdı

Çempionlar Liqası

21-04-2024, 18:0

“Barselona” ilə “Atletiko”nun ardından “Real”ın da mübarizəni dayandırması İspaniya futbolunun azarkeşləri üçün fiasko olardı.

“Football-plus.az” xəbər verir ki, amma belə olmadı, Madrid nəhəngi penalti seriyasında dəqiq olmaqla yarımfinala çıxdı. Çərşənbə günü keçirilən digər yarımfinal oyununda isə “Bavariya” “Arsenal”ı yeganə qolla məğlub etdi. Beləliklə, yarımfinalda “Borussiya” ilə PSJ, “Bavariya” ilə “Real” qarşılaşacaq. Bu mərhələnin ilk oyunları aprelin 30-u və mayın 1-də, cavab görüşləri isə mayın 7-8-də keçiriləcək. Turnirin final oyunu iyunun 1-də Londondakı “Uembli”də olacaq.

1/4 final, cavab oyunu
Mançester Siti – Real 1:1 (0:1, 0:0), p. – 3:4
Mançester Siti (İngiltərə): Ederson, Uoker, Diaş, Akanci (Stounz, 112), Qvardiol, Rodri, De Bruyne (Kovaçiç, 112), B.Silva, Foden, Qriliş (Dokyu, 72), Holann (Alvares, 91).
Real (Madrid, İspaniya): Lunin, Karvaxal (Militao, 110), Naço, Rüdiger, Mendi, Valverde, Kamavinqa, Bellingem, Kroos (Modriç, 79), Rodriqo (Dias, 84), Vinisius (Vaskes, 102).
Qollar: Rodriqo, 12 (0:1). De Bruyne, 76 (1:1).
Penalti seriyası: Alvares – 1:0. Modriç – 1:0 (qapıçı). B.Silva – 1:0 (qapıçı). Bellingem – 1:1. Kovaçiç – 1:1 (qapıçı). Vaskes – 1:2. Foden – 2:2. Naço – 2:3. Ederson – 3:3. Rüdiger – 3:4.
Vərəqələr: Karvaxal, 38. Qriliş, 59. Qvardiol, 61. Rodri, 90. Mendi, 90+4 – sarı.
Hakim: Daniele Orsato (İtaliya).
17 aprel. Mançester. 52306 tamaşaçı.
İlk oyun – 3:3.

oyunun statistikası
34 (11) qapıya (“çərçivə”yə) zərbə 8 (3)
18 künc zərbəsi 1
1 ofsayd 1
15 qayda pozuntusu 11
3 (0) sarı (qırmızı) vərəqə 2 (0)
64 topa sahibolma (faizlə) 36
Bu komandalar arasındakı ilk oyun triller xarakteri daşımış, cavab görüşü üçün də böyük intriqa vəd etmişdi. 3:3 bitən həmin oyundan sonra “Mançester Siti” premyer-liqada “Luton”u darmadağın etməklə (5:1) bütün turnirlərdəki məğlubiyyətsiz seriyasını 27-yə çatdırmışdı. Üstəlik “Arsenal”la “Liverpul”un məğlubiyyətindən yararlanan “şəhərlilər” turnir cədvəlində zirvəyə də yüksəlmişdilər. “Real” isə çoxdan La Liqanın lideridi. Madridlilər “Siti” ilə qarşılaşmanın ardından “Malyorka”ya qalib gəlmişdi (1:0). Onların məğlubiyyətsiz oyunlar seriyası da 15-ə çatıb. Xatırladaq ki, ötən il də bu komandalar ÇL-də üz-üzə gəlmişdi. Onda MS bu dueldən qalib ayrılmışdı (1:1, 4:0). Heyətlə bağlı itkilərə gəlincə, meydan sahiblərinin problemi yox idisə, “Real”da Çuameni cəzalı, Kurtua və Alaba zədəli idi.
Düzdü, cavab görüşü Madriddəki qədər məhsuldar keçmədi. Qapılara cəmi iki qol vuruldu. Ancaq meydandakı intriqa və gərginlik son həddə çatmışdı. İlk dəqiqələrdən müdafiə taktikası seçən qonaqlar 12-ci dəqiqədə hesabı açdı. Karvaxalın başladığı çoxgedişli kombinasiyanı Rodriqo dəqiq zərbə ilə bitirdi. Təbii ki, “Real” bundan sonra daha dərin müdafiəyə çəkildi. “Şəhərlilər” oyunboyu rəqib qapısının həndəvərində fırlandı. Ancaq bəzən qapıçı Lunin, bəzən də qeyri-dəqiqlik cavab qolunu daha erkən vurmağa mane oldu. “Real” nadir hallarda hücuma keçir, təhlükəli vəziyyət yaratmaqda çətinlik çəkirdi. Hər halda, qonaqlar 76-cı dəqiqəyə qədər qələbə hesabını qoruya bildi. Meydana çıxandan sonra “Siti”nin oyununu canlandıran Dokyunun zərbəsini Lunin qaytarsa da, De Bruynenin təkrar zərbəsi qarşısında aciz qaldı. Hətta hesab bərabərləşəndən sonra da oyunun xarakteri dəyişmədi. Oyunun taleyini penalti seriyasına qədər həll etmək istəyən “Siti” təzyiqi bir an da dayandırmadı. Əslində De Bruyne 2-ci qolu vurmağa borclu idi. Cərimə meydançasının mərkəzində topa yiyələnən belçikalı ulduz adına yaraşmayan zərbə ilə intriqanın əlavə vaxta daşınmasına səbəbkar oldu. Gücü tükənməkdə olan madridlilərin yeganə hədəfi ...penalti seriyası idi. Seriya qonaqlar üçün yaxşı başlamasa da, Lunin ardıcıl iki zərbəni dəf etməklə qəhrəmana çevrildi. Ədalət naminə ukraynalı qapıçının ustalığından daha çox Bernardo Silva ilə Kovaçiçin zərbəni yarıtmaz şəkildə yerinə yetirdiyini vurğulamalıyıq.

Oyundan sonra...
Karlo Ançelotti, “Real”ın baş məşqçisi:

“Bütün bunları necə izah edəsən?! Oyuna yaxşı başladıq, irəli çıxdıq, ardından yaşamaq uğrunda mübarizə aparmalı olduq. “Siti” oyunun axarına nəzarət edirdi, ona görə ki, biz öz qapımıza doğru çox sıxılmışdıq. Bu gün çox-çox yaxşı müdafiə olunduq. Söhbət həyatda qalmaqdan gedirdi. “Real” daim yaşamaq uğrunda mübarizə aparan klubdu. Biz tez-tez elə vəziyyətlərə düşürük ki, sanki heç bir çıxış yolu yoxdu. Ancaq həmişə də çıxış yolu tapırıq. Penalti seriyası başlayanda qalib gələcəyimizə tam əmin idik. “Siti”yə burda, bu stadionda qalib gəlməyin yeganə yolu penaltilər idi. İşləyirsən, qurban verirsən və bacardığın kimi qələbə qazanırsan. Pep Qvardiola həmişə centlmen olub. Yaxınlaşdı, bizi təbrik etdi, uğur arzuladı. Belə hərəkət onu əsl centlmenə çevirir”.


Xosep Qvardiola, “Mançester Siti”nin baş məşqçisi:
“Təbii ki, qələbə qazanmaq istəyərdim. Ancaq “Real”ı təbrik edirəm. Bacardığımız hər şeyi etdik, bütün aspektlərdə müstəsna oyun göstərdik. Təəssüf ki, qələbə qazanmaq mümkün olmadı. Futbolda əsas amil qol vurmaqdı. Onlar penalti seriyasında bunu bizdən yaxşı bacardı. “Real” yarımfinaldadı, biz isə yox. Hər şeyi xırda detallar həll etdi. Penaltidə bəzən qalib gəlirsən, bəzən də yox”.


Xose Naço, “Real”ın müdafiəçisi:
“Bu gün uzun müddət dözməli olduq. Daim “Siti”nin təzyiqi altındaydıq. Ancaq biz “Real”ıq. Daim, həmişə, bütün hallarda sona qədər mübarizə aparırıq. Biz belə sınaqlara öyrəşməmişik. Adətən, özümüz rəqibləri dözməyə məcbur edirik. Ancaq bu gün əsas hədəf yarımfinala çıxmaq idi. Komandanın bir başqa sifətini də göstərdik. Göstərdik ki, dərindən müdafiə olunmaqla da qələbə qazana bilərik”.


Cud Bellingem, “Real”ın yarımmüdafiəçisi:
“Çoxlu güc sərf etdik, indi özümüzdə yüngüllük duyuruq. “Siti”ni məğlub etmək üçün çox çalışmaq lazımdı. Bəzən elə təəssürat yaranır ki, indicə rəqibi sıxacaqsan, ancaq “Siti” qəfil dirçəlir. Bu oyunda qələbə bizim üçün böyük mükafatdı. Gücümüz ondadı ki, baş məşqçimiz həmişə uşaqların sərbəst oynaması üçün yollar tapır. Heç bir gərginlik hiss etmədən oynayırıq. Ançelotti sakitlik nümunəsidi. Oyundan əvvəl əsnədiyini görüb soruşdum: yorulmamısız ki? Karlo belə cavab verdi: “Hə, sən meydana çıxmalı və məni silkələməlisən”.


Ruben Diaş, “Mançester Siti”nin müdafiəçisi:
“Mən hətta nə deməli olduğumu bilmirəm. Böyük məyusluq yaşayırıq. Oyunboyu dominantlıq etdik. Maksimum güc qoyduq. Şanslarımız da var idi. Bəzən top hədəfə gedir, bəzən də yox. Mövsümün qalan oyunlarına diqqət yetirməliyik. İndi elə vaxtdı ki, xüsusən də psixoloji cəhətdən möhkəmlik göstərmək lazımdı. Daha iki çox vacib qənimət uğrunda mübarizəni davam etdiririk”.


Rodri, “Mançester Siti”nin yarımmüdafiəçisi:
“Mən meydanda yalnız bir komanda gördüm. Müdafiəyə gəlincə, rəqib bunu yaxşı bacardı. “Real”ın necə nəhəng klub olduğunu bilirik. Ancaq fikrimcə, təhlükəli vəziyyətlər və bütün başqa aspektlər baxımından məhz biz yarımfinala çıxmalıydıq. Madridlilər yeganə şansdan yararlandı. İndi isə uşaqları ruhlandırmaq lzımdı. Bizim hələ vaxtımız və uğrunda mübarizə apardığımız titullar var”.

Fakt
Qvardiola 2016-cı ildə MS-nin “sükanı arxasına” keçəndən bəri Rodriqo Çempionlar Liqasında bu komandaya 4 qol vurub. Son 8 ildə madridlilərin forvardından daha çox yalnız Messi (5) “Siti”ni cəzalandırıb. Benzema, Korne və Dembele də bu müddətdə Qvardiolanın komandasının qapısına 4 dəfə yol tapıb. Rodriqo cari mövsümdə “Real”ın heyətində keçirdiyi 44 oyunda 17 qol vurub, 8 məhsuldar ötürmə verib.

Maraqlıdı...
“Real”ın qapıçısı Kepa Arrisabalaqa məşqçilərə bu oyunda penalti seriyasını yerinə yetirmək üçün futbolçu seçimində yardım edib. “The Athletic” iddia edir ki, ispaniyalı qapıçı ukraynalı həmkarı Luninə Bernardo Silvanın zərbəsi zamanı qapının ortasında dayanmağı məsləhət görüb. Portuqaliyalı 2019-cu ildə Liqa kubokunun fonalında məhz belə fərqlənib. Həmçinin Kepa Karlo Ançelottinin oğlu və köməkçisi Davide ilə birgə oyunçularla söhbət edib və penalti zərbələrinin icraçılarını müəyyənləşdirib.

Sitat
Pol Merson, “Arsenal”ın sabiq yarımmüdafiəçisi, futbol eksperti:
“Dünənki oyun biabırçılıq idi. “Mançester Siti” “Luton”la etdiyini “Real”la da etdi. “Real”ın növbəti mərhələyə adlaması sırf bəxtin məhsuludu. “Siti” madridliəri məhv və biabır etdi. Bu, indiyə qədər gördüyüm ən birtərəfli oyunlardan biri idi. “Real” “Siti”dən milyon mil geri qalır”.

Paylaş:
Digər xəbərlər

Çempionlar Liqası

12-03-2024, 20:0

MS asanlıqla, “Real” isə çətinliklə 1/4 finala adladı

Çempionlar Liqası

16-04-2024, 20:0

Superməhsuldar başlanğıc - TURUN İCMALI

Dünya futbolu

5-01-2024, 11:0

2023-cü ilin rəmzi komandasına kimlər namizəddi?

Dünya futbolu

9-06-2023, 17:0

Holann dünyada ən dəyərli futbolçudu

Manşet / Çempionlar Liqası

18-03-2022, 15:0

Çempionlar Liqasında 1/4 və 1/2 finalın cütlükləri bəlli oldu - SİYAHI

Çempionlar Liqası

22-05-2023, 16:0

Qvardiola kralı taxtdan saldı - REPORTAJ

Aktual
“Sabah”ın rəqibindən böyükhesablı qələbə
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Varqas nağılı başa çatır! – belə şey olar?
Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
“Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
Son xəbərlər
  • Bu gün, 15:33
    Fransaya qayıtmayacaq
  • Bu gün, 15:02
    “Sabah”ın rəqibindən böyükhesablı qələbə
  • Bu gün, 14:31
    Klubunda hamını arxada qoydu
  • Bu gün, 14:00
    UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
  • Bu gün, 13:39
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 13:18
    "Araz-Naxçıvan" kapitanla vidalaşdı
  • Bu gün, 12:57
    Keyta "Qəbələ" ilə yeni müqavilə imzaladı
  • Bu gün, 12:26
    İtaliya klubunu tərk etdi
  • Bu gün, 11:55
    Çüdoçularımızın rəqibləri məlum oldu
  • Bu gün, 11:30
    Sərgən Yalçın ''Beşiktaş''ı yıxıb-sürüdü - ''Komanda bu gedişlə hara gedir?''
  • Bu gün, 11:06
    Rövlan Muradov "Araz-Naxçıvan"da
  • Bu gün, 10:53
    Varqas nağılı başa çatır! – belə şey olar?
  • Bu gün, 10:31
    Mehdi Cənnətov "Səbail"də
  • Bu gün, 10:10
    Braziliya pley-offa qrup lideri kimi adladı - DÇ səhəri
  • Bu gün, 09:00
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 00:58
    İsveçrə 1-сi, Kanada 2-ci oldu - DÇ gecəsi
  • Dünən, 23:25
    "Sabah" ilk yoxlama matçında heç-heçə etdi
  • Dünən, 22:50
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 22:00
    Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
  • Dünən, 21:07
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 20:36
    İbrahimoviç Messini yerə-göyə sığdırmadı - ''Pele, Maradona və Kroyffdan da üstündü''
  • Dünən, 19:59
    Torreyra ''Boka Xuniors'' iddiaları üçün nə dedi?
  • Dünən, 19:34
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 18:26
    Məşhur futbolçu klubsuz qaldı
  • Dünən, 17:59
    “Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
  • Dünən, 17:15
    "Neftçi"dən növbəti transfer
  • Dünən, 16:43
    Mundial onun üçün erkən sona çatdı
  • Dünən, 16:12
    Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
  • Dünən, 15:41
    “1,5 milyon manatın PFL-in büdcəsində saxlanılmasına icazə verilib” - AFFA-dan açıqlama
  • Dünən, 15:20
    “Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
  • Dünən, 14:59
    "Zirə"də daha bir ayrılıq
  • Dünən, 14:27
    “Futbolu bir çox idman növü kimi dörd hissədən ibarət etməli deyilik” - Aslan Kərimov mundialı dəyərləndirdi
  • Dünən, 13:57
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Dünən, 13:36
    “Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
  • Dünən, 13:15
    "Araz-Naxçıvan" kolumbiyalı futbolçu transfer etdi
Daha çox
Oxunub: 275
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 256
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 232
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 210
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 204
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Oxunub: 199
“Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə