Türkiyə superliqasında 32-ci turun oyunları keçirilir.
“Football-plus.az” xəbər verir ki, millimizin qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi “Adana Dəmirspor” "Kayserispor"u qəbul edib. Matçda hesab açılmayıb - 0:0.
Həmyerlimiz oyuna start heyətində çıxıb və sonadək oynayıb.
Qeyd edək ki, “Adana Dəmirspor” 40 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.