Misli premyer-liqasının 30-cu turunda “Neftçi” ”Araz-Naxçıvan”a 3:0 hesabıyla qalib gəlib.
“Football-plus.az” xəbər verir ki, matçdan sonra “ağ-qaralar”ın baş məşqçisi Miodraq Bojoviçin mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:
"Bəziləri asan qələbə qazandığımızı deyə bilər. Biz düşünürdük ki, qol vuracağıq. Lakin daha erkən qol vurmağımız, fasilə ərəfəsində də hesabı 2:0 etməyimiz oyunçulara güvən və rahatlıq verdi. Oyunu nəzarətimizdə saxlaya bildik. İkinci yarıda da şanslarımız və səhvlərimiz var idi. Ümumən, oyun yaxşı keçdi".
- Bu gün müdafiədə Mark Tamaşa şans verdiniz və etibarlı görünürdü. Gələcək oyunlarda da ona şans verəcəksiz?- Mark Tamaş əsas heyət oyunçusudu. Sadəcə "Səbail"lə oyunda zədələnmişdi. Bir neçə oyun buraxmışdı. Bərpa edildi və əsas heyət uğrunda rəqabət aparacaq. Çox sürətli şəkildə bərpa olundu.
- Yeni mövsüm komandada qalsanız, ötən ilki kimi, Sankt-Peterburqdakı futbol turnirində iştirak etmək istəyərdiz?- Turnir haqda hələ heç nə deyə bilmərəm.
- Qarşılaşmanın 89-cu dəqiqəsində hesab 3:0 olarkən, etdiyiniz əvəzetmələr nə ilə bağlı idi? - Heç kimi dəyişməyə də bilərdim. 2:0 bəzən təhlükəli olur. Amma ehtiyatdakı oyunçuları da meydana buraxmaq istədim. Hansısa əvəzetmə müsbət və ya mənfi hal kimi də yaşana bilir. Belə alındı ki, əvəzetmələri son dəqiqələrdə etdik.