Zədəlilər sıraya döndülər

13.04.2024 16:50 144
Dünya futbolu
“Liverpul”un üç oyunçusu zədədən qurtulub.

“Football-plus.az” xəbər verir ki, qapıçı Alisson, müdafiəçi Trent Aleksander-Arnold və hücumçu Dioqo Jota zədəsini sağaldıblar. Bu barədə mersisaydlıların baş məşqçisi Yürgen Klopp məlumat verib. O, sözügedən oyunçulardan Jotadan Avropa Liqasının 1/4 finalının “Atalanta” ilə ilk matçında yararlanıb. Portuqaliyalı futbolçu 76-cı dəqiqədə Vataru Endonun yerinə meydana çıxıb.