Bir neçə həftə “istirahət edəcək”

11.01.2024 14:57 251
Dünya futbolu
“Liverpul” aparıcı oyunçularından birini itirib.

Müdafiəçi Trent Aleksander-Arnold bir neçə həftə yaşıl meydanlarda görünməyəcək. O, İngiltərə kubokunun 1/32 finalının “Arsenal”la oyununda (2:0) zədələnib. Baş məşqçi Yürgen Klopp futbolçunun diz bağında kiçik yırtıq yarandığını və bu səbəbdən bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağını bildirib.

Aleksander-Arnold bu mövsüm bütün yarışlarda 25 matçda meydana çıxıb, 2 qol vurub və 9 məhsuldar ötürmə verib.