Robin van Persi artıq baş məşqçi olmaq qərarına gəlib.
“De Telegraph”ın xəbərinə görə, “Herenven” Niderland millisinin sabiq hücumçusu ilə danışıq aparır. Xəbərdə qeyd olunub ki, “Feyenoord” da U-21 komandasını çalışdırmaq üçün Van Persiyə müraciət edib. Ancaq o, əsas komandanın baş məşqçisi olmaq istədiyi üçün bu təklifi geri çevirib.
“Herenven” hazırda ölkə çempionatında 29 turdan sonra 33 xalla 11-ci yeri tutur. Komandanı Kes van Vonderen çalışdırır.