Tyerri Anri məşqçilik karyerasını davam etdirməkdə qərarlıdı.
"Football-plus.az" xəbər verir ki, onun Fransanın qadınlardan ibarət komandasını çalışdırmaq şansı olub, lakin bu təklifi geri çevirib. Bunu jurnalistlərə Fransa Futbol Federasiyasının idarə heyətinin üzvü olan Jan-Mişel Olya bildirib.
Bəzi mənbələr Anrinin ABŞ yığmasını çalışdırmaq istədiyini iddia edir.
Xatırladaq ki, fransalı mütəxəssisin sonuncu iş yeri Belçika yığması olub. O, bu komandada sabiq baş məşqçi Roberto Martinesə assistentlik edib.