“Mançester Yunayted”ə qayıtmaq istəmədi

11.04.2022 14:50 617
Dünya futbolu
Robin van Persi sabiq klubuna qayıtmaq istəməyib.

O, növbəti mövsümdən Erik ten Haqın rəhbərliyi altında “Mançester Yunayted”də işləmək fürsətindən imtina edib. ESPN-in yaydığı məlumata görə, MY-nin baş məşqçi vəzifəsinə əsas namizəd olan Ten Haq van Persini sərəncamında görmək istəyir. İngiltərə klubunun sabiq oyunçusu köməkçi-məşqçi vəzifəsini yerinə yetirdiyi “Feyenoord”dakı işindən razı qaldığı üçün bu təklifdən imtina edib.

Xatırladaq ki, Van Persi 2012-15-ci illərdə “Yunayted”də çıxış edib. 38 yaşlı mütəxəssis 2020-ci ildən “Feyenoord”da həm hücumçularla işləyən məşqçi funksiyasını icra edir, həm də klubun akademiyasında çalışır.