“Liverpul”u növbəti mövsüm çalışdıracaq mütəxəssisin kimliyi böyük ölçüdə məlum olub.
İngiltərə klubu Xabi Alonsonun (Bayer-04) rədd cavabından sonra yeni baş məşqçi ilə bağlı qərar verib. “The Telegraph”ın yaydığı xəbərə görə, mersisaydlılar uzun müddətdi namizədlərin siyahısında yer alan “Sportinq”in (Lissabon) baş məşqçisi Ruben Amorimi sıralarına cəlb etməyə hazırlaşırlar. Portuqaliyalı mütəxəssisin təzminat qiyməti təxminən 15 milyon avrodu.
Xatırladaq ki, “Liverpul”un hazırkı baş məşqçisi Yürgen Klopp cari mövsümün sonunda klubdan ayrılacaq.