Kloppun “Liverpul”undan ən zəif start

5.09.2022 00:00 364
Dünya futbolu
Yeni mövsümə də çempionluq hədəfi ilə başlayan “Liverpul” hələ ki gözlənilən nəticələrə nail ola bilmir.

Komanda Yürgen Kloppun başçılığı altında premyer-liqada ən zəif startı ilə diqqəti cəlb edir. “Qırmızılar” 2022/23 mövsümünün ilk 6 matçında 9 xal toplayıblar. Bu isə “Liverpul”un Kloppun dövründə mövsümə ən pis startıdı.

Xatırladaq ki, alman mütəxəssis komandanı 2015-ci ilin oktyabrından çalışdırır.