AFFA-da “Antidopinq maarifləndirmə” mövzusunda seminar

8.04.2024 17:15 162
Ölkə futbolu
AFFA-nın inzibati binasında seminar keçirilib.

"Football-plus.az" xəbər verir ki, seminar AFFA və Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) birgə təşkilatçılığı ilə Azərbaycan Premyer Liqasında mübarizə aparan komandalar və onların əvəzediciləri, o cümlədən I Liqa klublarının tibb heyətləri üçün “Antidopinq maarifləndirmə” mövzusunda baş tutub.

Tədbirdə AMADA-nın antidopinq məsələləri üzrə nümayəndəsi ilə AFFA-nın həkimi və dopinq nəzarəti üzrə kuratoru Olcay Bayramov çıxış ediblər.