AMADA Antidopinq maarifləndirmə təlimi keçirib

22.07.2023 12:50 298
İdman
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) idman jurnalistləri üçün Antidopinq maarifləndirmə təlimi keçirib.

"Football-plus.az" xəbər verir ki, tədbir 22 iyul - Milli Mətbuat Gününə həsr olunub.

Qurumun direktoru Şəfəq Hüseynli çıxışında media nümayəndələrini təbrik edib, idmanın inkişafında onların xüsusi rolunu vurğulayıb.

Daha sonra iştirakçılar arasında viktorina formatında tədbir təşkil olunub.