İngiltərədən İtaliyaya qayıdacaq

5.04.2024 17:20 169
Dünya futbolu
Sofyan Amrabat “Mançester Yunayted”i mövsümün sonunda tərk edəcək.

İngiltərə klubu onunla müqaviləni yeniləməmək qərarına gəlib. Mərakeşli yarımmüdafiəçi MY-nin formasını icarə əsasında geyir. Müqavilənin müəddəti isə yayda sona çatacaq. Bu isə o deməkdi ki, Sofyan “Fiorentina”ya qayıtmalı olacaq. 27 yaşlı futbolçu İtaliya klubuna məxsusdu.

Amrabat bu mövsüm MY-nin heyətində bütün turnirlərdə meydana çıxdığı 22 oyuna hər hansı məhsuldar fəaliyyətlə yadda qalmayıb.