Qleyson Bremer mövsümün sonunda “Yuventus”u tərk edə bilər.
Braziliyalı müdafiəçi “Mançester Yunayted”n hədəfinə düşüb. İngiltərə klubu ona görə 60 milyon avro ödəməyə hazırdı. Bu məlumatı “football-italia. net” saytı yayıb. Bu mənbə Qleysonun transferi əvəzində Turin klubunun maraq dairəsində olan Meyson Qrinvudun “Yuventus”a keçə biləcəyini də xəbər verib.
Xatırladaq ki, Bremer İtaliya nəhənginə 2022-ci ilin yayında “Torino”dan 44 milyon avroya transfer olunub.