Sərtan Türkiyədə növbəti oyununu keçirdi

8.04.2024 10:55 149
Dünya futbolu
Sərtan Taşkının çıxış etdiyi "Manisa" Türkiyə 1-ci liqasında 29-cu tur oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, komanda səfərdə “Bandırmaspor”la qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Sərtan Taşkın da bu matçda iştirak edib. O, meydana start heyətdə çıxıb və sona qədər oynayıb.

Qeyd edək ki, “Manisa” hazırda turnir cədvəlində 32 xalla 14-cü pillədə qərarlaşıb.