Sertan "qırmızı" aldı, komandası uduzdu

27.01.2024 19:58 202
Dünya futbolu
Sertan Taşkın Türkiyənin 1-ci liqasında üçüncü oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, 27 yaşlı müdafiəçisinin çıxış etdiyi “Manisa” 20-ci turda “Ərzurumspor”u qonaq edib.

Matç qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer alan Sertan 90+4-cü dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılıb. Ona kimi komanda yoldaşı Ensar Akgün də meydandan qovulduğundan “Manisa” oyunu 9 nəfər ilə tamamlamalı olub.

Qeyd edək ki, “Manisa” 23 xalla 11-ci pillədə qərarlaşıb. Komanda növbəti turda digər azərbaycanlı futbolçu Bəxtiyar Həsənalızadənin formasını geyindiyi “Tuzlaspor”un qonağı olacaq.