Sərtan Taşkın 90 dəqiqə oynadı

3.04.2024 10:30 178
Dünya futbolu
Türkiyə 1-ci liqasında 28-ci turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, azərbaycanlı futbolçu Sərtan Taşkının çıxış etdiyi "Manisa" "Bodrumspor"u qəbul edib.

Görüş meydan sahiblərinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

Meydana start heyətində çıxan Taşkın sona qədər oynayıb.

Qeyd edək ki, "Manisa" 31 xalla 13-cü pillədədi. "Bodrumspöor" isə 47 xalla 4-cüdü. Turnir cədvəlinə 64 xalla Ardan Turanın çalışdırdığı "Eyüpspor" başçılıq edir.