“Sərtan həmişə Türkiyədə oynamağa can atırdı”

11.01.2024 12:30 241
Aktual / Ölkə futbolu
Qış fasiləsində "Turan Tovuz"dan ilk ayrılan Sərtan Taşkın oldu. O, bölgə klubundan ayrılaraq Türkiyə 1-ci liqasında mübarizə aparan "Manisaspor"a keçdi.

Yığmamızın sabiq üzvü qonşu ölkədə özünü doğruldaca biləcəkmi?

"Football-plus.az" saytı olaraq, bu suala cavab tapmaq üçün menerlərdən Vaqif Heydərliylə əlaqə saxladıq:

"Sərtan Taşkının Türkiyədə karyerasının uğurlu olub-olmaması özündən asılıdı. Onun valideynlərindən biri türkiyəlidi, həmişə Türkiyədə oynamağa can atırdı. İndi istəyinə nail oldu. Qalır yaxşı oyun göstərib yeni komandasından möhkəmlənməsi. Türkiyə 1-ci liqa klublarında əksər hallarda maliyyə sıxıntıları da olur. Bu da, təbii ki, qeyri-sabitliyə gətirib çıxarır. Amma bildiyim qədəriylə "Manisaspor"a yeni rəhbərlik gəlib. İnanaq ki, komandada maliyə problemi olmayacaq. Sərtana Türkiyə karyerasında uğurlar arzulayıram".

ABDULLA İSMAYILOĞLU