“Liverpul” ona görə “Bavariya”nı qabaqlayır

18.02.2024 20:51 242
Dünya futbolu
Xabi Alonsonun yayda “Bayer-04”dən ayrılacağı gözlənilir.

"Football-plus.az" xəbər verir ki, onun İngiltərəyə qayıtmaq ehtimalı artıb. “Foot Mercato”nun xəbərinə görə, ispaniyalı mütəxəssis “Bavariya”nın da maraq dairəsindədi. Lakin “Liverpul” onun uğrunda mübarizədə “Bavariya”nı qabaqlayır. İngiltərə klubunun Alonso ilə daha tez təmas qurduğu bildirilir.
Qeyd edək ki, Yürgen Klopp mövsümün sonunda “Liverpul”un baş məşqçi vəzifəsini tərk edəcək.