"Liverpul" "Bayer-04"ün baş məşqçisi Xabi Alonsoya 3 illik müqavilə təklif edib.
Bu barədə "TEAMtalk" nəşri məlumat yayıb.42 yaşlı mütəxəssisin nümayəndələri ilə Mersiyasyd təmsilçisi arasındakı danışqlar müsbət gedir. İspaniyalı baş məşqçi razılıq əldə etsə belə, Yürgen Klopp vəzifəsindən gedənə qədər bu barədə ictimaiyyətə məlumat verilməyəcək.
Qeyd edək ki, daha əvvəl Klopp mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb. Alonso "Bavariya"nın baş məşqçi postuna da namizəddi. "Bayer-04" hazırda Almaniya bundesliqasında 61 xalla liderdi.