Simone İnzaqinin yeni müqaviləsi ilə bağlı məsələ rəsmiləşib.
O, “İnter”dəki fəaliyyətini davam etdirəcək. Baş məşqçi klubla müqaviləsinin müddətini 2024-cü ilin yayına qədər artırıb. O, komandanı 2021-ci ilin yayından çalışdırır. “İnter” ötən mövsüm İnzaqinin başçılığı altında İtaliya kubokunu və superkuboku qazanıb.