KXDR yığması gözlənilən aqibətlə üzləşib. FİFA bu komandanı cəzalandırıb.
Xatırladaq ki, DÇ-2026-nın seçmə turnirinin Yaponiya ilə martın 26-na təyin olunan oyunu baş tutmamışdı. Buna ev sahibi statusunu daşıyan KXDR-in müvafiq qurumlarının matçı təşkil edə bilməməsi səbəb olmuşdu. FİFA-nın Nizam-İntizam Komitəsi ev sahiblərinə 0:3 hesablı texniki məğlubiyyət verib. Nəticədə B qrupunda 4 turdan sonra xalı 12-yə yüksələn Yaponiya yığması avtomatik olaraq 3-cü seçmə mərhələyə vəsiqə qazanıb. KXDR hazırda 3 xalla 3-cü yerdədi. Bu qrupda Suriyanın 7 xalla 2-ci, Myanmanın isə 1 xalla 4-cü yerdə olduğunu da bildirək. 5-ci turun oyunları iyunun 6-na təyin olunub.