Xatırladaq ki, Xabi Alonso 2022-ci ildən “Bayer-04”ə başçılıq edir. Komanda hazırda Almaniya çempionatında 70 xalla liderdi. Leverkuzenlilərin artıq bütün turnirlərdə 38 oyundu məğlub olmadıqlarını xüsusi qeyd edək.
“Bayer-04”ün baş direktoru Karro Alonsonun yayda Leverkuzendən ayrılmayacağını bildirib:
“Xabi Alonsonun müqaviləsinin müddəti 2026-cı ilə qədərdi və onun burada qalacağına şübhə etmək üçün heç bir əsas yoxdu. Futbolda nə baş verəcəyini heç vaxt dəqiq bilmirsən, amma mən ona tamamilə etibar edirəm. Bizim əla münasibətlərimiz var”.





