Futbol üzrə ölkə çempionatının 2-ci liqasında 19-cu turun “Bakı Sportinq” - "Füzuli" oyunu qolsuz bərabərliklə bitdi.
Məğlubiyyətsiz oyunlar seriyasını davam etdirən “Füzuli”nin baş məşqçisi Nadir Əliyev “Football-plus.az”a bu oyunla bağlı danışdı:
“Onu deyə bilərəm ki, doğrudan da, bir derbi idi. İlk 20 dəqiqə “Baku Sportinq”in üstünlüyü şəraitində keçdi, bizi sıxırdılar, hücuma keçməyə imkan vermirdilər. Sonra yavaş-yavaş oyunu düzəltdik. 20-ci dəqiqədən sonra oyun, demək olar ki, bərabərləşdi, 2-ci hissədə üstünlük bizdə oldu. Fürsətlərimiz də oldu, heyif ki, yararlana bilmədik. Bir qol həlledici olacaqdı. Onların qol imkanı bizdən çox oldu. Düşünürəm ki, liderlə oyun üçün pis nəticə deyil. Əliyar Ağayev də oyunu yüksək səviyyədə idarə etdi. Məncə, belə oyunlar çox olsa, futbolumuzun inkişafına xeyri dəyər”.
ELMİN