• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Hakimlər görmüşük, deyiblər ki, burdan çıxa bilməyəcəksiz”

Premyer-liqa / Manşet

31-03-2024, 21:0

Misli premyer-liqasının 28-ci turunda “Sumqayıt” “Araz-Naxçıvan”ı məğlub edib - 1:0.

“Football-plus.az” xəbər verir ki, matçdan sonra naxçıvanlıların baş məşqçisi Azər Bağırovun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

“Oyun barədə çox danışmaq istəmirəm. Çünki əsəbiyəm. Hakimlər sağolsun".

- Penalti epizoduna fasilədə baxdınız? Hər zaman sakit görməyə alışdığımız Azər Bağırov bu dəfə özünü cilovlaya bilmədi...
- Hakimlər haqda danışmaqdan yoruldum. Amma onlar dəlləkliyi bizim üzərimizdə öyrənməkdən yorulmadı. Penaltidən savayı Miço Kuzmanoviçin də bir epizodu oldu. Ağzı qanayırdı. Qardaş, ya hakimlik etmə, ya da biz işimizi bilək də. Futbolçunun ağzından qan gəlir, özü-özünü etmədi axı. Belə şeyləri başa düşmürəm. Görmürsənsə, hakimlik etməməlisən. Lakin o epizodları görməyə məcbursan. Bu cür hakimlik haqda necə danışmayasan? Cavan uşaqlarla oynayırıq, yeni yaradılmış komandayıq. Azdan-çoxdan qaçırıq, futbol oynamaq istəyirik. Çox danışanda da, deyirlər ki, öz günahını hakimlərin üzərinə atırsan. Əsla. "Qəbələ" ilə görüşdə Elçin Məsiyev futbolçumuza qırmızı vərəqə göstərdi, sağolsun. 40 dəqiqə 10 nəfərlə oynadıq. Bir kəlmə də demədim. Çünki haqlı idi. Uduzsaydıq da, hakimlikdən heç nə danışa bilməzdik. Çünki mənim futbolçum səhv edib. Üç nəfərlə üç nəfərə qarşı hücuma çıxırıq, hakim oyunu saxlayır. Niyə saxlayırsan? Barış Şimşek də gəlib öyrədir, danışır futboldan. Sağolsunlar.

- Miço Kuzmanoviç mövsümün əvvəli ilə müqayisədə indi o qədər effektiv görünmür. Problem nədi? Liderliyi üzərinə götürə bilmir...
- Əslində, Miço lider deyildi. Sadəcə komandaya yeni qoşulmuşdu, üstün cəhətləri var. 5-6 turdan sonra rəqiblər də bizi analiz edir, Miçonun üstünlüklərini görürlər. Futbolçu öz üzərində işləyib, daha da artırmalıdı. "Qəbəə" ilə oyunda 2 səhvlə yadda qaldı. Belə baxanda, bu gün onu oynatmamalıydıq. Lakin bir futbolçuya ürək-dirək verməkdən ötrü onu meydana buraxdıq. Deyim ki, özünü doğrutlmadı, xeyr. Sadəcə istəyimizi qarşılamadı.

- Belə söhbətlər var ki, klublar "Araz-Naxçıvan"ı yüksək qiymətləndirmirdi deyə, yuxarı pillələrdə qərarlaşmışdınız. Daha sonra ciddiyə aldılar və komanda öz yerini tutdu. Bu fikirlərlə razısız?
- Mən əsla belə fikirləşmirəm. Sadəcə qışdan bu yana güclənə bilmədik. Gətirdiklərimiz də, cavan, yerlilər oldu. Hücum xəttinə rəngarənglik qatmaq istəyirdik, edə bilmədik. "Neftçi", "Səbail", "Turan Tovuz"a qarşı yaxşı oyunlarımız olub. Eniş yoxdu. Sadəcə, sanki xof yaranıb ki, "Araz-Naxçıvan"ı yuxarıda görmək istəmirlər. "Turan Tovuz"la görüşdə bizə ikinci qolu cərimə zərbəsindən sonra vurdular. Hamı danışdı, amma heç kimin cəzalandırıldığını görmədik. Rəşad Əhmədov sabah meydanda olacaq. Amma futbolçuların əziyyətini kölgədə saxlayırlar. Komandamızda eniş yoxdu. Ola bilər ki, elə oyunlar var, gözləntilərə cavab vermir. Bu, mənim üçün normaldı. Bu gün bizdəki yerli futbolçuların heç biri keçən il stabil oynamayıb. Yerli futbolçu baxımından kasadçılığımız var. Dəyişikliklərdən sonra oyunu gücləndirə bilmirik.

- Dediz ki, "Araz-Naxçıvan"ın yuxarı pillələrdə olmasını istəmirlər. "Sumqayıt"la matçdakı hakim qərarı da planlaşdırılmış bir şey idi?
- Mən də sizə sual verim. Futbolçunun ağzından qan gəlir, hakim heç vecinə də almırsa, nə fikirləşir? Penalti epizoduna 10 dəfə baxaq, mən orda penalti görmədim. Mən özüm-özümdən şübhələnirəm ki, bəlkə biz futbol görməmişik, oynamamışıq. Qapıçı ayağını çəkir ki, oyunçuya dəyməsin. Futbolçu da özünü ona çırpır. Mən demirəm ki, zəif hakimlikdi, ya deyil. Sadəcə deyirəm ki, bu gün meydandakı səhvlər komandama qarşıdır. Adamın bildiyi budu, mən nə edə bilərəm?

- Hakimlər Komitəsinə rəsmi şikayət etməyi planlaşdırırsız?
- Məncə, səhvlər hələ davam edəcək. Biz buna öyrəşməli, bununla da bərkiməliyik. Bir hakim 22-ci turda bizim oyunda, 23-cü turda VAR-da, 25-ci turda meydanda, 26-cı turdakı matçımızda isə VAR-dadır. Onu göndərənlər fikirləşsin. Türkiyədə klubun prezidenti meydançaya çıxıb, hakimi vurdu. Görün klubun prezidentini hansı hala salıblar ki, ağıllı başlı insan belə edib...

- Hər halda, klub prezidentinə heç cürə haqq qazandırmaq olmaz...
- Xeyr, haqq qazandırmıram. İnsan hansı hala gəlib ki, meydançaya düşüb. Biz də insanıq. Bizim də emosiyalarımız var. Hakimlərə heç nə deməmişəm. Amma bir hakim 5 turdan 4-də bizim oyunda olur. Eyni səhvlər, eyni qaydada. Futbolçunun ağzından qan gəlirsə, ona zərbə vurmayıblar? Heç nə vermədi, arxasınca başqa epizod. Futbolçular da bu emosiyalarla oynaya bilməz. Onlar da başa düşür ki, burdan çıxış yoxdu.

- "Araz-Naxçıvan"ın qol epizodları da olmadı axı...
- Elvis Maşikenin epizodu oldu. Neçə epizodda isə hakim imkan vermədi ki, hücuma davam edək. O vaxtı hakimlər var idi ki, mərkəzi keçməyə qoymurdu. Elə yerdə qayda pozuntusu verirdi ki, hücum edə bilməyəsən. Bu gün hakimlik o səviyyədədi. Hakimlər görmüşük, deyiblər ki, burdan çıxa bilməyəcəksiz.

- Hakim qərəzi yuxarıdan qaynaqlanır, yoxsa hakimin savadsızlığından?
- Bu gün nəsə desəm, nəfsimə uyğun danışaram. Ona sizlər cavab versəz, yaxşı olar. Sizlər daha yaxı bilirsiz, görüsüz vəziyyəti.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

20-08-2023, 20:0

"Hakimlik bir şey yoxdu"

Premyer-liqa / Manşet

2-03-2024, 21:0

"Sağ olsun, hakimlər də yaramızın üstünə "duz tökdü" - Azər Bağırov

Premyer-liqa / Manşet

3-09-2023, 19:0

"Bu, bizim üçün siqnal olmalıdı" - Azər Bağırov

Premyer-liqa / Manşet

28-01-2024, 18:0

“Komanda meydanda istədiyim futbolu göstərir”

Premyer-liqa / Manşet

10-03-2024, 18:0

“Məni sındırmaq üçün gəlirsə, heç nə demirəm”

Premyer-liqa / Manşet

24-12-2023, 13:0

"Futbol adına hər şey var idi"

Aktual
Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
“Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
Son xəbərlər
  • Bu gün, 01:09
    Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
  • Bu gün, 00:17
    "Qarabağ"ın növbəti rəqibi məlum oldu
  • Dünən, 23:56
    "Elvin üçün faydası varsa, tez-tez asfalta göndərərik" - Qurban Qurbanov
  • Dünən, 23:35
    "Fürsətlərdən yararlana bilmədik" - İvan Kostyuk
  • Dünən, 23:13
    "Sabah"ın "Tofiq Bəhramov" seçiminin əsl səbəbi - klub Masazırda hansı problemlə üzləşib?
  • Dünən, 22:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 22:02
    "Qarabağ" Konfrans Liqasının pley-offunda! - YENİLƏNİB
  • Dünən, 21:11
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:35
    "Real”a yeni mövsümdə lazım olmadı
  • Dünən, 20:04
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 19:33
    Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
  • Dünən, 19:25
    Dünya çempionunun yolu haradı?
  • Dünən, 18:33
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:00
    APL Fantasy platformasında qeydiyyatdan keçənlərin sayı 10 000-i ötdü!
  • Dünən, 17:53
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 17:43
    “Tofiq Bəhramov” dolub-daşacaq! – artıq 26945 bilet satılıb
  • Dünən, 17:23
    O, artıq “Barselona”ya lazım deyil
  • Dünən, 17:04
    "Qarabağ" "Dinamo" matçından öncə fan-zona yaradılacaq
  • Dünən, 16:20
    "Şəfa"dan növbəti transfer
  • Dünən, 15:50
    Londondan Liverpula yollandı
  • Dünən, 15:20
    Haunun xələfi o oldu
  • Dünən, 14:49
    “Qarabağ”ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
  • Dünən, 14:20
    "Araz-Naxçıvan" "Sabah"ın müdafiəçisini icarəyə götürdü
  • Dünən, 13:58
    MS-yə yenə gərək olmadı
  • Dünən, 13:27
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 12:56
    Milli komandanı tərk edəcək
  • Dünən, 12:25
    Bolonyadan Turinə yollanmağa yaxındı
  • Dünən, 11:54
    "Kəpəz" belçikalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 11:23
    “Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
  • Dünən, 10:52
    Millimiz Qazaxıstana uduzdu
  • Dünən, 10:31
    Məşhur futbolçu inadından dönmür
  • Dünən, 10:00
    Portuqaliyadan İngiltərəyə üz tutdu
  • Dünən, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • 12-08-2026, 23:0
    Bundan sonra İtaliyada oynayacaq
  • 12-08-2026, 22:0
    Dortmundu tərk etdi
Daha çox
Oxunub: 334
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 283
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 132
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə