Azərbaycan millilərinin Gürcüstan və Danimarka sınağı

20.08.2022 09:22 379
İdman
Azərbaycanın voleybol milliləri Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarından sonra Avropa çempionatının seçmə mərhələsində çıxış edəcəklər.

Football-plus.az xəbər verir ki, İslamiadanın bürünc medalçısı olan qadın millisi bu gün seçmə mərhələdə ilk matçına çıxacaq. Rəqib qonşu Gürcüstan yığması olacaq. Oyun Bakıda baş tutacaq.

Kişi millisi isə AÇ-nin təsnifat mərhələsində 3-cü matçına çıxacaq. Azərbaycan millisi ilk iki matçında Bakıda rəqiblərinə uduzub. Bu dəfə rəqib Bakıda 1:3 hesabı ilə uduzduğu Danimarka millisi olacaq.

Avropa çempionatının seçmə mərhələsi (qadınlar)
18.00 Azərbaycan – Gürcüstan

Avropa çempionatının seçmə mərhələsi (kişilər)
21.00 Danimarka – Azərbaycan