Eşli Koul əfsanələrin arasına düşdü

26.03.2024 19:20 182
Dünya futbolu / Manşet
Yaxın keçmişin tanınmış ingiltərəli futbolçularından olan Eşli Koul fəxri ada layiq görülüb.

“Football-plus.az” xəbər verir ki, onun adı premyer-liqanın Şöhrətlər Zalına daxil edilib. Bu xəbəri turnirin rəsmi səhifəsi yayıb. 2024-cü ildə Şöhrətlər Zalına daxil edilən ilk işim olan Koul bunları deyib:

''Şirer, Anri, Droqba və Ferdinand kimi isimlərlə birlikdə Şöhrətlər Zalında yer almaq mənim üçün çox böyük fəxrdi''.


Premyer-liqanın Şöhrətlər Zalı 2021-ci ildə bu turnirdə forma geymiş əfsanələrin şərəfinə yaradılıb. Eşli Koula gəlincə, müdafiənin solunda oynayan və ''Arsenal''ın yetirməsi olan bu futbolçu 1998-2006-cı illərdə ''topçular''ın şərəfini qoruyub. Daha sonra ''Çelsi'', ''Roma'', ''Los Anceles Qalaksi''də çıxış edib və karyerasını 2019-da ''Derbi''də başa vurub. Karyerası ərzində 16 titul qazanıb ki onların arasında 3 premyer-liqa çempionluğu, eləcə də ÇL və AL çempionluğu var. Hazırda İngiltərənin U-21 yığmasında köməkçi-məşqçi kimi çalışan 43 yaşlı Koul bu yaxınlarda bu komanda ilə Azərbaycana qarşı oyun keçirmək üçün ölkəmizə səfər etmişdi.

ƏLİ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul