İngiltərə premyer-liqasının “Şöhrət Zalı”na daha 6 sabiq futbolçu daxil edilib.
Turnirin saytının yaydığı xəbərə görə, onlar Pol Skoulz (Mançester Yunayted), Peter Şmeyhel (Mançester Yunayted, Aston Villa, Mançester Siti), Didye Droqba (Çelsi), Serxio Aquero, Vensan Kompani (hər ikisi “Mançester Siti”) və Yan Raytdı (Arsenal, Vest Hem).
Qeyd edək ki, premyer-liqanın “Şöhrət Zalı” 2021-ci ildə təsis edilib. İndiyədək bu zala 16 sabiq futbolçu layiq bilinib.