"Qarabağ" 1,2 milyon avro qazandı

23.02.2024 10:52 294
Avropa Liqası
Avropa Liqasının pley-off mərhələsində Portuqaliya "Braqa"sını mübarizədən kənarlaşdıran "Qarabağ"ın qazandığı mükafatın məbləği bəlli olub.

"Football-plus.az" xəbər verir ki, 1/8 finala yüksələn ölkə çempionu Avropa futbol qurumundan 1,2 milyon avro alacaq.

Qeyd edək ki, "köhlən atlar" Portuqaliyada rəqibini 4:2 hesabı ilə məğlub etmişdi. Bakıdakı cavab qarşılaşmasının əsas vaxtında qonaqlar qələbə qazandığından (2:0), əlavə vaxta ehtiyac duyulub. Burada "Braqa"dan güclü olan (2:1) Ağdam klubu ümumi hesabda (6:5) Portuqaliya təmsilçisini üstələyərək mərhələ adlayıb.