"Qarabağ"ın futbolçuları oynadı, Monteneqro qələbə qazandı

26.03.2024 11:00 267
Dünya futbolu
“Qarabağ”ın futbolçuları Marko Yankoviç və Marko Veşoviçin formasını geyindiyi Monteneqro millisi yoxlama oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, Robert Prosineçkinin baş məşqçisi olduğu komanda Şimali Makedoniya ilə qarşılaşıb. Matç Monteneqro millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 45-ci dəqiqədə Yovetiç vurub.

Veşoviç və Yankoviç oyuna 61-ci dəqiqədə meydana daxil olublar və sonadək oynayıblar.