"Qarabağ"ın 5 futbolçusu milliyə çağırıldı

13.11.2023 23:21 265
Premyer-liqa
"Qarabağ"ın 4 futbolçusu milliyə dəvət alıb.

"Football-plus.az" xəbər verir ki, Marko Veşoviç və Marko Yankoviç Monteneqro, Luka Quqeşaşvili Gürcüstan, Patrik Andrade ilə Leandro Andrade Kabo Verde yığmasına çağırılıb. Monteneqro millisi noyabrın 16-da evdə Litva, üç gündən sonra səfərdə Macarıstanla üz-üzə gələcək. Gürcüstan yığması noyabrın 16-da Şotlandiyanı qəbul edəcək, 19-da İspaniyanın qonağı olacaq. Kabo Verde isə noyabrın 18-də Anqola, 21-də Esvatini ilə qarşılaşacaq.