"Qarabağ"ın futbolçusunun komandası qələbə qazandı

29.03.2022 12:11 511
Ölkə futbolu
"Qarabağ"ın futbolçusu Marko Veşoviçin şərəfini qoruduğu Monteneqro yoldaşlıq oyunu keçirb.

"Football-plus.az" saytının məlumatına görə, milli doğma meydanda Yunanıstanla üz-üzə gəlib və matçdan 1:0 hesablı qələbə ilə ayrılıb.

​Veşoviç də bu görüşün iştirakçısı olub. Ağdam təmsilçisinin futbolçusu mübarizəyə ilk "11-lik"də başlayıb və sonadək meydanda olub. O, 90+1-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.