"Qarabağ"ın legioneri Serbiyaya qarşı oynadı

18.10.2023 10:31 207
Dünya futbolu
"Qarabağ"ın legioneri Marko Yankoviçin şərəfini qoruduğu Monteneqro millisi AÇ-2024-ün seçmə mərhələsində növbəti görüşünü keçirib.

"Football-plus.az" xəbər verir ki, Serbiya ilə qarşılaşan monteneqrolular rəqibinə 1:4 uduzub.

Yankoviç start heyətində meydana çıxıb və 85-ci dəqiqədə əvəzlənib.

Monteneqro 6 oyundan sonra 8 xalla 3-cü pillədədi.