Milli üzvləri Böyük Britaniyada 4 medal qazandı

3.10.2022 12:38 313
İdman
Batut və tamblinq gimnastikası üzrə keçirilən Böyük Britaniya çempionatı başa çatıb.

"Fotball-plus.az" xəbər verir ki, yarışda Azərbaycan yığmasının üzvləri, batutçular Maqsud Mahsudov və Selcan Mahsudova qızıl, Hüseyn Abbasov (batut gimnastikası) və Tofiq Əliyev (tamblinq) isə bürünc medallara layiq görülüblər.