Superliqa tarixində ikinci dəfə

7.02.2023 17:21 238
Maraqlı
Ötən həftə “Trabzonspor”la oyunda “Qalatasaray” fanatları yerlərini rahatlamamış şoka düşdülər.

Football-plus.az xəbər verir ki, Maksi Qomes artıq 12-ci saniyədə “qara dənizlilər”i hesabda önə keçirdi.

Türkiyə çempionatı tarixində yalnız bir dəfə bundan daha erkən qol vurulub. Özü də bu hadisə ötən mövsüm baş verib. 6-cı turda “Qaziantep”li Muhammet Dəmir “İstanbul BŞ” ilə qarşılaşmada 10-cu saniyədə fərqlənmişdi.

Özü də bu, oyunda yeganə qol olmuşdu. Turnirin tarixində 12-ci saniyədə vurulan daha bir qol var.

2008-ci il noyabrın 9-da “Dənizlispor”lu Darril Roberts “Əskişəhərspor”la görüşdə (4:3) məhz elə 12-ci saniyədə hesabı açmışdı.