Ümumiyyətlə, Tovuz klubu ilə bağlı çox maraqlı tendensiya var. “Turan Tovuz” doğma publika önündə oyunlarda çətinlik çəkir, bəlkə də təzyiqin altından çıxa bilmir. Görəsən, kollektivin ev oyunlarında çətinlik çəkməsinə səbəb nədi?
“Football-plus.az”ın bu sualına “Turan Ultras” azarkeş qrupunun rəhbəri Kamal Saqqayev cavab verdi:
“Bu mövsüm üç səfər matçı keçirmişik. “Araz-Naxçıvan”la “Kəpəz”ə qalib gələ bilmişik. Bunlardan yalnız birində “Qarabağ”a məğlub olmuşuq. “Səbail”lə görüşdə də pis oynamadıq. Sadəcə, oyunumuz alınmadı. Evdə uduzsaq da, rəhbərliyə, Ayxan Abbasova, futbolçulara inanırıq. Həmişə komandamızın yanındayıq. Sevincli günlərimiz qarşıdadı”.
CAVİD ƏLİYEV






